Bir neçə gün əvvəl həbsdən azadlığa buraxılan Cavid Hüseynov futbolçu karyerasını bərpa edib. O, keçmiş klubu "Qəbələ" ilə müqavilə imzalayıb.

Virtualaz.org bildirir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda deyilir ki, anlaşmanın müddəti mövsümün sonuna kimidir.

Futbolçu sabahdan etibarən məşqçilər korpusunun proqramına əsasən məşqlərə başlayacaq.

Futbolçunun ölkə çempionatı və ölkə kuboku yarışlarında iştirakı üçün Peşəkar Futbol Liqasına müraciət olunub.

Xatırladaq ki, C.Hüseynov “Qəbələ”də keçirdiyi 40 oyunda 15 qol vurub.

Xəbər lenti