Göyçay rayonunda Yol Polisi şöbəsinin rəisinin qanunsuz əməllərinə etiraz etdiyi üçün iş adamı həbs edilib. 

Teleqraf.az-ın xəbərinə görə, bu haqda hüquq müdafiəçisi Oktay Gülalıyev özünün feysbuk səhifəsində yazaraq məlumat verib.

"Bir neçə gün öncə Göyçay rayon Yol Polis şöbəsinin rəisinin qanunsuz hərəkətlərinə etiraz edən 500- dən çox yerli sakin dinc etiraz aksiyası keçirmişdi. Əlaqədar qurumlar şikayəti araşdırıb lazımi ölçü götürmək əvəzinə sərbəst toplaşmaq hüququndan istifadə edən insanlara qarşı təzyiqlərə başlayıb. Az öncə aldığımız məlumata görə Göyçay sakini, yerli iş adamı Mayılov Çingiz Sabir oğlu həbs edilib. Digər şəxslərin izlənməsi və həbsi istiqamətində tədbirlər həyata keçirilir".

Xəbər lenti