Azərbaycan Respublikasının dövlət himni və şəhidlərin xatirəsinə sayğı duruşu ilə başlayıb.

Ali Məclisin sessiyasında ictimai siyasi vəziyyətlə bağlı məruzə edən KXCP sədri Mirmahmud Mirəlioğlu göstərdi: Azərbaycan Respublikasının Konstitusiyası, dövlətimizin beynəlxalq öhdəlikləri və insan haqları ilə ziddiyyət təşkil edən Konstitusiya dəyişiklikləri ilə bağlı 26 sentyabrda “referendum” keçirilmişdir. Konstitusiya dəyişikliklərinin mahiyyəti xalqdan gizlədilmiş, geniş müzakirələr keçirilməmiş, vətəndaş cəmiyyəti basqı altında saxlanılmış, həbslər və represiyalar şəraitində çox qısa zamanda keçirməklə təməl insan haqları kobud şəkildə pozulmuşdur. Bu tədbirdə beynəlxalq təşkilatlar, demokratiya institutlarının əksəriyyəti müzakirələrdən kənarda saxlanılmışdır. Hətta AŞ-nın Venesiya Komissiyasının hazırladığı və sərgilədiyi rəy və təkliflər nəzərə alınmamışdı. “Referendum” günü ənənəvi saxtakarlıq mexanizmaları bütün gücü ilə işləmişdir.

Ənənəvi olaraq AŞPA-nın kürü diplomatiyasına uyğun bir qrup deputatının referenduma demokratik görüntü vermək məqsədi ilə xalqımızı və beynəlxalq təşkilatları aldatmaq cəhdləri müşahidə edilib. Ümumxalq səsverməsi adı ilə vətəndaşların təməl hüquqları pozulmuş, hakimiyyətin bölünməsi prinsipi ciddi zədə almış, hakimiyyətin zəbt edilərək bir ailənin inhisarında qalması üçün süni və saxta təməllər yaradılmışdır. “Uğurlu” referendum kompaniyasında vətəndaş cəmiyyətinə başlanan represiyalar bu prosesin “qələbə” ilə yola verilməsindən sonrada davam etməkdədir.

Hakimiyyət orqanları müxalif siyasi təşkilatlara və ictimai birliklərə qarşı zorakılıqları hələdə davam etdirir. KXCP-nin Gədəbəy (Ceyhun Səfərov, Telman Ələkbərsoy...) , Sabirabad (Əliqulu Qəhrəmanov, Əliheydər Cəfərov...), Qazax (), Nizami (Şirin Cəfəri, Oqtay Güləliyev...) və digər rayon şöbələrinə qarşı hakimiyyətin “proflaktik tədbirləri” bu gündə davam etməkdədir. Bu dövrdə meiaya qarşı hakimiyyətin 23 illik siyasət “uğurla” davam edib. Hakimiyyətin “hüquqa” söykənən siyasəti nəticəsində “Gündəm xəbər”, ANS tv və digər media mənsublarının fəalyyətinə müxtəlif bəhanələrlə son verilməkdədir. Ümumxalq səsverməsi adı altında keçirilmiş saxta referendumun nəticələri tanınması mümkün deyil. AR Konsitutsiyasına və dövlətimizin üzərinə götürdüyü beynəlxalq öhdəliklərə uyğun olaraq 26 sentyabr keçirilmiş “referendum”un nəticələrinin ləğv edilməlidir. Partiya sədri 25 il əvvəl Azərbaycan Respublikası Müstəqillik aktnın qəbul edilməsi ilə bağlı məlumat verib. Müstəqillik Aktının qəbul edildiyi tarixi şəraiti, müstəqilliyin siyasi və tarixi əhəmiyyəti haqqında geniş danışıb. M.Mirəlioğlu Qarabağ problemində son durum, sosial-iqtisadi vəziyyət haqqında məlumat vermiş, bütün sahələr üzrə dərin böhranın yarandığını qeyd etmişdir. Böhranın yalnız maliyyə və iqtisadiyyatı deyil, vergi-gömrük sistemini, təhsil, səhiyyə, hüquq sistemini, xarici siyasəti əhatə etdiyini, insan haqlarının kütləvi şəkildə pozulmasını, büövlükdə idarəetmənin iflic vəziyətə salınması və bu prosesin dərinləşməsi prosesini qeyd etmişdir. KXCP sədri cəmiyyət ümidsizlik içərisində, hakimiyyət orqanlarının isə gerçək vəziyyəti qiymətləndirə bilməməsinin vəziyyəti hər gün dahada gərginləşdirərək çıxılmaz hala gətirdiyini qeyd etmiş, yalnız xalqa söykənən siyasətlə vəziyyətdən çıxmağın mümkünlüyünü xatırlatmış, bunun üçündə siyasi təşkilatların, o cümlədən KXCP-nin təşkilatlanması və üzvlərimizin yerlərdə fəallığının artırılması, xalqın bütün təbəqələri ilə əlaqələrin yaradılması istiqamətində fəaliyyət göstərmələrinin zəruriliyini vurğulamışdır.

Sessiyada məruzə ətrafında sessiya iştirakçılarından Telman Ələkbərsoy, Oqtay Güləliyev, Xəzər Teyyublu, Şükür İzzətoğlu, Nizami Ələkbərov, Cingiz Həsənli, Elşən Həşimov, Aytəkin İmranova, Elşən Əlisoy çıxışlar etmiş, Şirin Cəfəri, Ataş Əhnədov, Şahin Musayev, Əliheydər Cəfərov, Loğman Abdullayev, Bəybala Əbil və başqaları çıxışlar edərək təkliflər verdilər. Müzakirələrin sonunda uyğun qərarlar, referendumun saxtalaşdırılmış nəticələri, Azərbaycan Respublikası Müstəqillik aktnın qəbul edilməsinin 25 illiyi, media və ölkədəki maliyyə böhranı ilə bağlı sənədlər qəbul edildi. Sessiya AR dövlət himninin oxuması ilə başa çatıb. 

Xəbər lenti