Hacıqabul rayonunda dəm qazından zəhərlənmə qeydə alınıb. 

“Report”un Aran bürosu xəbər verir ki, Hacıqabul şəhəri M.Rəsulzadə küçəsində yaşayan, 15 yaşlı Hüseyn Ələsgər oğlu Ələsgərov hamamda çimərkən dəm qazından zəhərlənib. Yaxınları tərəfindən o, Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub. 

Xəbər lenti