Mosulun azad edilməsi üzrə əməliyyat başlanıb.

 Trend Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, ABŞ artilleriyası Mosul şəhərində İŞİD-nin hədəflərinə zərbələr endirməyə başlayıb.

Beynəlxalq koalisiya təyyarələri Mosulda hava əməliyyatı keçirirlər.
 Əməliyyatlara mərkəzi İraq hökumətinə bağlı Antiterror birlikləri də qoşulub. Onlar Mosulun mərkəzindən 40 km məsafədə yerləşən peşmerge güclərinin nəzarətindəki Hazır bölgəsində yerləşib. Adının açıqlanmasını istəməyən yüksək rütbəli hərbçinin verdiyi məlumata görə, Antiterror birliklərini ABŞ silahlandırıb, onlar bölgəyə 200 zirehli maşınla Bağdad və Ənbar əyalətindən gəlib.

Türkiyə hərbçiləri yerüstü əməliyyatlar zamanı iştirak etmir.

Xəbər lenti