“Reuters” agentliyi Türkiyə ordusunun dəstəklədiyi suriyalı müxaliflərin Dabık əməliyyatına başladığı haqda məlumat yayıb.

Avropa.info xəbər verir ki, suriyalı komandirinin verdiyi açıqlamaya görə, müxaliflər İŞİD-in əlində olan Suriyanın Dabık qəsəbəsi üzərinə hücuma keçiblər.
Bildirilir ki, İŞİD-in Dabıkda1200 silahlısı var. Hələbin şimalında yerləşən Dabık İŞİD üçün mənəvi əhəmiyyət kəsb edir. İŞİD-çilər bu ərazinin kafirlərlə inanclılar arasında başlayacaq döyüşün qiyamətin başlamasının əlamətini bildirən yer olduğuna inanırlar. İŞİD hətta ingilis dilində “Dabiq” jurnalı da dərc edir.
Suriya Türkmən Məclisinin xarici əlaqələr üzrə nümayəndəsi Əbdürrəhman Mustafa keçən həftə “Hürriyet” qəzetinə açıqlamasında bildirmişdi ki, İŞİD üçün müqəddəs yer sayılan Dabık alınarsa, İŞİD-çilər də psixoloji olaraq çökər.

Xəbər lenti