Rusiya öz desant qüvvələrini Misirə göndərib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya Müdafiə Nazirliyi yayıb.

Bu qüvvələr oktyabrın 26-na qədər Misirdə baş tutacaq “Dostluğun müdafiəçiləri – 2016” hərbi təlimində iştirak edəcək.

Qeyd edək ki, bu, Rusiya Hərbi Desant Qüvvələrinin Misirdə baş tutan ilk hərbi təlimidir.
Bundan öncə Rusiya mətbuatı Moskvanın Misirdə yeni hərbi baza yaratmaq istədiyi haqqında informasiya yayıb. Yeni bazanın keçmiş SSRİ obyektlərinin əsasında yaradılması nəzərdə tutulur. Kreml bu bazanı 2019-cu ilə qədər təhvil vermək istəyir.

Xəbər lenti