Bu dəqiqələrdə alınan məlumata görə Göyçay rayonu ərazisində sürücülər Bakı-Qazax yolunu bağlayıblar.

Teleqraf.az-a hadisə yerində olan sürücülərin verdiyi məlumata görə buna səbəb yaxın günlərdə Göyçay rayon Dövlət Yol polisi şöbəsinə təyin edilmiş Vüqar adlı yeni rəisin qanunsuz əməlləridi.Belə ki,yeni yol polisi rəisi  rayona təyinat alıb gələn kimi sürücüləri haqsız yerə incidir,onların avtomobillərini yeri gəldi-gəlmədi cərimə meydançasın aparır,sürücülərə haqsız yerə cərimələr yazdırır.Buna etiraz olaraq sürücülər Bakı-Qazax yolunun Göyçay rayonundan keçən hissəsinin bağlayıblar.Hal-hazırda yolun hər iki hərəkət istiqamətində 2000-ə qədər avtomobil dayanıb.

Xəbər lenti