Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına əsasən, 2016-cı ilin 9 ayı ərzində Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 374 nəfər təşkil edib ki, onlardan 365-i Azərbaycan vətəndaşı, 9-u isə əcnəbidir.

Ümumilikdə isə 1988-ci ildən bu il oktyabrın 1-dək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 6003 nəfər qeydiyyata götürülüb ki, onlardan 5803-ü Azərbaycan vətəndaşı, 200-ü isə əcnəbidir. İİV-ə yoluxmuş insanların 4459-u kişi, 1544-ü qadındır.

Bu faktlar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun açıqladığı hesabatda əksini tapıb.

Hesabatda bildirilir ki, İİV-ə yoluxması təsdiq olunmuş 6003 nəfərdən 2885-də yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş verib. Onlardan 2135 nəfər dispanser qeydiyyatındadır.

Xəbər lenti