Futbol həyatına MLS-də mübarizə aparan Kanadanın "Montreal İmpact"klubunda davam edən Didye Droqbanın İtaliyanın "Napoli" klubuna transfer olacağı iddia edilir.

Musavat.com xəbər verir ki, "Marsel","Çelsi"vğ "Qalatasaray"ın əfsanə oyunçularından biri olan Didye Droqba MLS liqasından ayrılmağa hazırlaşır. Dekabr ayında müqaviləsi sona çatacaq olan 38 yaşlı oyunçunun "Napoli"yə transfer olacağı deyilir.

Hiquainin "Juventus"a satışından sonra polşalı Milikini heyətinə qatan "Napoli" ulduz futbolçunun zədə almasından sonra hücumçu axtarışına başlamışdı. Təcrübəli bir futbolçuyla Milikinin əskikliyini doldurmaq istəyən italyan klubu bu məqsədlə Droqbanı seçib.

D.Droqbanın da Avropaya geri dönüb, ÇL-da qol ataraq, karyerasına son qoymaq istədiyi deyilir.

Xəbər lenti