Bu gün bütün müsəlman dünyasında, eləcə də Azərbaycanda Aşura günü qeyd olunub.

Teleqraf.az-ın bölgə müxbirinin məlumatına görə, Ağsu rayonunun məsçidlərində də Aşura mərasimi yüksək səviyyədə qeyd edilib. Yağışlı havaya baxmayaraq, Ağsu sakinləri Kərbəla faciəsini yad etmək və imam Hüseynin (ə) şücaəti haqqında moizələri dinləmək üçün məscidlərə toplaşıblar.

 Ağsuda Şəhidlər Xiyabanının yanında olan “Hacı Alcan” məsçidində Kərbəla şəhidləri ilə yanaşı, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimiz də yad edilərək, ruhlarına dualar oxunub. Həmçinin 20 yanvar şəhidlərinin ruhlarına da dualar edilib.

Mərasimdə Azərbaycanın işğal altında olan torpaqlarının azad olunması üçün də dualar səslənib.

Anar Rəsul

Xəbər lenti