Rusiya və Türkiyə "Türk axını" qaz kəmərinin tikintisinə dair hökumətlərarası saziş imzalayıblar.

 Rusiya tərəfdən sənədi Rusiyanın Energetika naziri Aleksandr Novak imzaladı, Türkiyə tərəfdən isə Energetika və Təbii sərvətlər naziri Berat Albayrak imzalayıb.

Axşam saatlarında isə Türkiyə prezidenti Ərdoğanla Rusiya prezidenti Putin arasında təkbətək görüş keçrilib. Görüşdən sonra liderlər mətbuat qarşısına çıxıblar. Mətbuat konfransında Ərdoğan bunları deyib:

"Bildiyiniz kimi Enerji Konqresi iclası daha 2 gün davam edəcək. Nazirlər arası görüşlər, mütəxəssislər arasında görüşlər olacaq . Bu gün dövlət başçıları olaraq açılış mərasimində bir yerdə olduq.

Sonra ikitərəfli görüşləri keçirdik, ikitərəfli görüşlər davam etdiriləcək. Mütəxəssislərimiz eyni şəkildə görüşləri davam etdirəcəklər. Əlbəttə bizi əsas maraqlandıran enerji ilə bağlı məsələlərdir.

Bunla bərabər iqtisadi, siyasi, müdafiə, turizm görüşləri də olacaq. Cənab Putinlə çox məhsuldar bir görüşümüz oldu. Rusiya ilə münasibətləri daha da inkişaf edəcək

Rusiya ilə Suriya məsələsini də müzakirə etdik. Xüsusilə də müzakirə etdik ki, Hələbdəki proseslərdə nə kimi bir strategiya tətbiq edək ki, oradakı insanlar bir an əvvəl sülhə əmin-amanlığa nail olsunlar.

"Türk axını" ilə əlaqədar olaraq prosesin sürətləndirilməsinə bir az əvvəl atılan imzalarla nöqtə qoyduq."

Bundan sonra Rusiya prezidenti Putin danışıb.

"Mənə göndərdiyi dəvət üçün minnətdarlığımı bildirmək istəyirəm. Bir çox məsələlər barədə fikir mübadiləsi apardıq. İkitərəfli münasibətlərin normallaşma prosesini tamamlamaq üçün əlavə səy göstərəcəyik.

Xüsusilə bu məsələyə diqqətinizi çəkmək istərdim ki, Rusiya hökuməti Türkiyədən ixrac edilən və məhdudiyyət qoyulan sitrus meyvələrini rus bazarına yenidən qayıdışı ilə bağlı qərar qəbul etdik. Rusiyaya kənd təsərrüfatı məhsulları istehsal olunmur. Türkiyədən bunları Rusiyaya idxal edəndə bizim bazarda qiymətlər də düşəcəkdir.

Enerji sahəsindəki əməkdaşlığımızı müzakirə etdik. Rusiyada hazırda 200 türk gənc yaxın vaxtlarda nüvə mütəxəssislərindən təhsil alır. "Türk Axını" qaz kəməri layihəsi ətrafında Türkiyəyə qaz endirimi etmək haqda qərar verdik.

Biz həm Rusiya, həm də Türkiyə olaraq Suriyada axan qanın dayandırılmasına tərəfdarıq."

Avropa.info

Xəbər lenti