Zəlimxan Məmmədli

ELÇIBƏY SIYASƏTÇI OLMAYIB DEYƏNLƏRƏ : -Əbülfəz Elçibəy siyasətçi adında meydanlarda olanların əksəriyyətindən ən təcrübəli və çoxunun müəllimi olaraq, SSRİ zamanında Azərbaycanda çağdaş siyasətin əsasını qoyan böyük liderdir.

ELÇIBƏYDƏN LIDER OLMAZDI DEYƏNLƏRƏ: - Elçibəy çağdaş musavatçılığı 60-cı illərdən yenidən siyasi gündəmə daşıyan, tərəfdarlar toplayıb siyasi təşkilatın ilkini quran, siyasi məktəb yaradan, milyonlara nüfuz etmə qabiliyyətinə sahib tək milli -ideoloji lider olub.

ELÇIBƏYDƏN PREZIDENT OLA BILMƏZDI DEYƏNLƏRƏ: - Elçibəy M.Ə.Rəsulzadə ideyalarını hakimiyyətə daşıyan, milli-strateji inkişaf xəttini siyasi gündəmimizə daşıyan, demokratik islahatların əsasını qoyan, rüşvətsiz hakimiyyət olmağın əsasını qoyan tək MİLLİ prezidentdir. Elçibəyi Milli Türk dövləti, gerçək islamın bərqərar olduğu, demokratik cəmiyyət qurmaq istədiyi üçün hakimiyyətdən devrilmişdir. Elçibəyin hədəfi əbədi hakimiyyət deyildi. Elçibəy yaxın 5 ildə müxalifətə keçmək, hakimiyyətin dinc-demokratik yola dəyişməsinin əsasını qoymaq, qanunun ali olduğu cəmiyyət qurmaq, sosial ədalətli türk dövləti qurmaq istədiyi üçün rus-fars-erməni və antitürk qərb qüvvələrinin iş birliyi nəticəsində devrildi.

ELÇIBƏY NAXÇIVANLI OLDUĞU ÜÇÜN HAKIMIYYƏTI HEYDƏR ƏLIYEVƏ VERMƏK ÜÇÜN ÇALIŞIRDI DEYƏNLƏRƏ: - Bu iddiada olanlar ən azından Allahsızdırlar. Elçibəy milli barış, vətəndaş sülhünü ən vacib məqsədəçatma çatma vasitəsi hesab edirdi. Elçibəy bütün qüvvələrin enerjisini milli dövlət quruculuğuna yönəltmək istəyirdi. Heydər Əliyevi də Parlament sədrinin müavini olaraq öz vəzifəsinin icrasına dəvət edir, onun təcrübəsini milli dövlət quruculuğunda əhəmiyyətli bilirdi. Elçibəy Heydər Əliyevin sonrakı addımlarını, legitim hakimiyyətin devrilməsi prosesini ehtimal etsə də, inanmırdı. Heydər Əliyev durmadı, dayanmadı, tək hakimiyyətini təmin etmək üçün, ona yardım edən iddialıları da yolundan təmizləmək üçün bütün variantlardan öz maraqlarına məharətlə istifadə etdi. Bir şey də unudulmamalıdır ki, Elçibəyin əleyhinə olan bütün güclər Heydər Əliyevin hakimiyyət yolunu təmizləmək üçün birləşmiş və vahid cəbhədə hərəkət edirdilər. 
Hakimiyyət ustası Heydər Əliyev onları da bitirdi. Bu gün yanan da, yenidən banlayan da, öskürən də, asqıran da, qışqıran da, üz-gözünü cıran da – zəmanəmizin Əliheydər Qarayevləri də həmin “fədailərdir”. Rəsulzadə Elçibəy yolunu isə dayandıra, durdurula bilməyiblər, bilməyəcəklər də.

AZƏRBAYCANIN YENIDƏN BU YOLA YÜRÜYƏCƏK, 
MILLƏTIMIZIN BU YOLA EHTIYACI HÖKMƏN OLACAQDIR!

Zəlimxan Məmmədli, 
“Borçalı” Cəmiyyətinin sədri.



Xəbər lenti