"ATƏT-in Minsk Qrupu prezidentlərin növbəti görüşünü təşkil etməklə Ermənistanı düşdüyü çətin vəziyyətdən xilas etmək istəyir. Bu niyyətlə hazırlanmış görüşlərdən Azərbaycana fayda gəlməz”.

Bunu münaqişə bölgəsində vəziyyətin gərgin olduğu bir vaxtda Prezidentlərin görüşünün hansı nəticələr verəcəyi ilə bağlı "Şərq”ə danışan Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyib. QHT sədri bildirib ki, aprel döyüşlərində Azərbaycan öz gücünü göstərdi və düşməni rəzil etdi. Amma Rusiya ilə Amerika milli ordumuzun bu səviyyədə savaşa hazırlıqlı olmasını və düşmən ölkənin biabırçı məğlubiyyətini gözləmirdilər: "Son dövrlər ABŞ dövlət katibi Con Kerri və Rusiyanın XİN rəhbəri Sergey Lavrov arasında bir neçə dəfə telefon danışığı olub və tərəflər Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər. Ancaq inanmırıq ki, bu cür danışıqlar və ondan sonra gündəmə gələn "Prezidentlərin görüşü” məsələsi ölkəmizin xeyrinə olacaq. Çünki uzun illər obyektiv mövqe tutmayan vasitəçilərin birdən-birə "xoş niyyətli” olması müəyyən siyasi maraqlardan xəbər verir. Azərbaycan və Ermənistan Prezidentlərinin görüşünü istəyən və bunun alınması üçün ciddi səy göstərən ABŞ və Rusiya sadəcə öz maraqları naminə canfəşanlıq edirlər. Onları münaqişənin ədalətli həlli maraqlandırmır. Ona görə hətta baş tutsa belə, bu cür görüşlərdən müsbət nəticə gözləməyə dəyməz. Ermənistanı dəstəkləyən güclər düşmənə 

 

Xəbər lenti