GünAzTV: Fələstin İslam Hərəkatının lideri Şeyx Raid Səlah, mayın 12-də şəxsi “Facebook” səhifəsində yazı paylaşaraq İran İslam Respublikasını suriyalı müsəlmanları kütləvi şəkildə qətliam etməkdə günahlandırıb.

Şeyx Raid Səlah deyib ki, İran İslam Respublikası, “Sepah”ın xarici əməliyyatlar üçün nəzərdə tutulmuş qanadına “Qüds” adı verərək və həmin addan su-istifadə edərək Suriyada müsəlmanları kütləvi şəkildə qətliam edir: “İran İnqilab Keşikçiləri Korpusunun “Qüds” qanadındakı cinayətkarların “Qüds” adı və bəhanəsi ilə Suriyada, xüsusən də Hələbdə müsəlman millətinin zibh olunmasında (başının kəsilməsində) birbaşa əli var. Lakin bu cinayətlərin “Qüds”ə (Büytülmüqəddəsə)  heç bir aidiyyəti yoxdur”.

Xatırladaq ki, İsrail hökuməti Şeyx Raid Səlahı fələstinli müsəlmanları zorakılığa təhrik etməkdə günahlandıraraq 9 ay həbsə məhkum edib. O, barəsində çıxarılmış həbs cəzasını çəkmək üçün ötən bazar günündə İsrailin cənubundakı “Ramun” həbsxanasına salınıb.

Rəsmi Tehran, Şeyx Raid Səlahın “Sepah”ın “Qüds” qanadına qarşı irəli sürdüyü ittiham barədə susur.

Xəbər lenti