Qazax rayon sakini minaya düşüb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Quşçu Ayrım kəndində qeydə alınıb. Kənd sakini, 1978-ci il təvəllüdlü Vəzir Vəliyev heyvanları çölə apararkən minaya düşüb. Müxtəlif bədən xəsarəti alan V. Vəliyev dərhal Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Onun sol ayağı dizdən aşağı amputasiya olunub.

Xəbər lenti