Azərbaycan-Ermənistan təmas xəttində hər an yeni bir qığılcım alovlana bilər. 

Teleqraf.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri rusiyalı politoloq Aleksandr Skakov deyib. Skakov təmas xəttində gərginliyin yenidən başlamasının vaxtının yetişdiyini qeyd edib: 

“Sülh prosesi başlamayıb. Münaqişənin həlli olmadan həqiqi sülhdən danışmaq olmaz. Ona görə hər an savaş başlaya bilər”. 

Qeyd edək ki, britaniyalı analitik Tomas de Vall da açıqlamasında Qarabağda savaşın Formula-1 yarışlarından sonra başlayacağını iddia edib.

Xəbər lenti