Prezident İlham Əliyev “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanunu təsdiqləyib. Lent.azxəbər verir ki,

“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin birinci hissəsində aşağıdakı dəyişikliklər edilib:

1. Aşağıdakı məzmunda 3-1-ci bənd əlavə edilsin:

“3-1) Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada tərtib edilən və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sənədləşdirilmiş informasiya hesab edilən cinayət təqibi üzrə icraat materiallarının surətlərini olduğu kimi yaymasına;”.

2. 4-cü bənd aşağıdakı redaksiyada verilsin:

“4) yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatların həmin şəxslərin və onların qanuni nümayəndələrinin razılığı olmadan yaymasına yol verilmir.”.

Xəbər lenti