Bu gün səhər Almaniyanın Münhen şəhəri yaxınlığında əlində bıçaq olan şəxs dəmir yolu stansiyasında insanlara hücum edib.

APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 4 nəfər ciddi xəsarət alıb. Yaralananlardan biri ölüb.

Şahidlər bildirib ki, hücum edən şəxs “Allahu əkbər” deyə qışqırıb.

Hadisəni törədən şəxs saxlanılıb. İlkin məlumata görə, o, Almaniya vətəndaşıdır.

Xəbər lenti