Klassik Xalq Cəbhəsi Partiyasının 09 may 2016-ci ildə İdarə heyətinin yığıncağı keçirilmişdir.

Yığıncaqda qərarların icra vəziyyəti, içtimai – siyasi vəziyyət və qarşıda duran vəzifələr müzakirə edilərək müvafiq qərarlar qəbul edilmişdir. İdarə heyətinin yığıncağında 25 may 2016-cı ildə işğalçı rus ordusunun Azərbaycandan çıxarılmasının 23-cü ildönümü ilə bağlı tədbirlər keçirilməsi müzakirə edilmiş, 25 may 2016-cı il saat 13:00-da Milli Azadlıq Hərəkatının Lideri Əbülfəz Elçibəyin məzarını ziyarət, daha sonra Partiyanın mərkəzi qərargahında tədbir keçirilməsi qərara alınmışdır. İdarə heyətinin yığıncağında 28 may Respublika günü ilə bağlı Klassik Xalq Cəbhəsi Partiyasının Novxanı kəndində Demokratik Cumhuriyyətin banisi Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə 28 may 2016-cı il saat 13:30-da bayram tədbiri keçirilməsi və daha sonra Novxanı məzarlığında Məhəmməd Əmin Rəsulzadənin doğmalarının məzarını ziyarət edilməsi qərara alınmışdır.

 

Xəbər lenti