Parlament kreditor borclarını ödəməkdən qəsdən yayınmaya görə cərimələri artırıb.

Mayın 6-da Milli Məclisin iclasında bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik edilib.

APA-nın xəbərinə görə, dəyişiklik təşkilat rəhbəri və ya vətəndaşın kreditor borclarını ödəməkdən qəsdən yayınmasının daha ağır formada cəzalandırılmasını nəzərdə tutur.

İndiyədək cinayət qanunvericiliyi buna görə aşağıdakı cəzaları nəzərdə tutub:

- üç ilədək müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilmə. Bu olmadıqda, ziyanın iki misli miqdarında cərimə, bir ilədək islah işləri və ya üç ilədək həbs;

- külli miqdarda ziyan vurulduqda üç ilədək müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilmə. Bu edilmədikdə, ziyanın üç misli cərimə, iki ilədək islah işləri və ya üç ildən beş ilədək həbs.

Yeni qəbul edilən variantda sözügedən cinayət əməlinin törədilməsinə görə cərimələrin məbləğinin artırılması nəzərdə tutulur. Bundan sonra cərimə ziyanın iki mislindən dörd mislinə və üç mislindən beş mislinə çıxarılacaq.

Xəbər lenti