İranın Şərqi və Qərbi  Azərbaycan əyalətində  dabaq xəstəliyi sürətlə yayılır.

APA-nın Tehran bürosunun məlumatına görə,  ötən  bir neçə gün ərzində dabaq xəstəliyi  Şərqi Azərbaycan əyalətinin  bir neçə şəhərində, xüsusilə Əhər şəhəri  bölgəsində  geniş formada yayılıb. 

Xəstəliyin geniş yayılması  Əhərin ətraf  kəndlərində mal-qaranın kütləvi şəkildə qırılmasına səbəb olub. Rəsmi məlumata görə,  indiyədək  400  başdan çox  mal-qara  tələf olub. Əhər və  ətraf bölgələrdə mal-qaranın satışı dayandırılıb,  karantin  qoyulub,  xəstəliyin qarşını  almaq məqsədi  ilə  nəzarət gücləndirilib. Ötən  bir neçə  gün ərzində Əhərə 45 mindən çox  peyvənd gətirilib. 

Qərbi  Azərbaycan əyalətinin  Mehabad şəhər ətrafındakı kəndlərdə də  mal-qara arasında dabaq xəstəliyi geniş yayılıb.  Baytarlar xəstəliyin geniş yayılmasına  səbəb kimi əyalətdə  peyvənd dərmanının istehsalının dayandırılması  və  dabaq xəstəliyi virusunda baş verən  dəyişiklikləri  göstəriblər. 

Xəbər lenti