Qarabağ Azadlıq Təşkilatının Naftalan, Tərtər, Xocalı, Ağdam şöbəsinin nümayəndələri Naftalanda şəhid kapitan Vaqif Bayramovun ailəsini ziyarət edərək, şəhidin ailə üzvlərinə başsağlığı veriblər.

QAT üzvləri Şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərin xatirəsinə dualar oxuyublar. QAT-ın Naftalan şöbəsinin sədri Səyyarə İsmayılova onu da bildirib ki, bu ailə birinci Qarabağ müharibəsində də şəhid verib. Ailənin üzvü Mehman Bayramov 1992-ci ildə Qarabağ döyüşlərində həlak olub.

Xəbər lenti