Türkiyə mediasına istinadən xəbər verir ki, 15 iyul çevriliş cəhdinən sonra həbs edilməsinə qərar verilən və atası həbs edilən Hakan Şükür bağlamış olduğu "Twitter" hesabını yenidən açaraq bir sıra açıqlamalar verib.

Fətullah Gülənlə əlaqələrinin olması bütün dünyaya bəlli olan keçmiş futbolçu ailəsindən heç kimin FETÖ üzvü olmadığını iddia edib. FETÖ-nün törətdiyi əməllərə görə kədərləndiyini və heyrətləndiyini bildirən futbolçu hərbi çevriliş cəhdini lənətləyərək şəhidlərə rəhmət diləyib.

"Bir idmançı olaraq kimi tanıya bilərsən, baş verənlərin harasında ola bilərsən, məsələyə nə dərəcədə aidiyyyatın ola bilər. Bütün hər şeyin hüquqi və qanuni olduğu günlərdə xeyir əməl saydığımızın, söylədiyimiz bir sözün bu gün qanunsuzluq ola biləcəyini hardan bilə bilərdik. Mən ürəyimdən keçənləri söylədim. Kim nə etdisə inşallah ki, cəzasını çəkər. Kiminsə xətrinə dəymişəmsə üzr istəyir, haqlarını halal etmələrini xahiş edirəm. Faydası olacaqsa, ölkəmdə son dövlərdə baş verənlərlə əlaqədar bildiyim və hiss etdiklərimi sizinlə bölüşəcəm. Ölkəmi, bayrağımı, millətimi çox sevdiyimi və bu günə qədər necə təmsil etdiyimi söyləməyə ehtiyac duymuram. Yenidən prezidentimizə, hökumətimizə, demokratiyamıza qarşı törədilən xain təşəbbüsü lənətləyir, şəhidlərimizə rəhmət diləyirəm. Ölkəmdə ictimi asayişin, sülh və sabitliyin bərpa olunmasını arzu edirəm. Allah dövlətimi, ölkəmi, millətimi qorusun. Amin",- deyə o yazıb.

Qeyd edək ki, FETÖ ilə əlaqədar araşdırmalar çərçivəsində Sakar Dövlət baş Prokurorluğu Hakan Şükür və atasının FETÖ-yə maliyyə yardımı göstərməsini təsbit edərək, onların bütün əmlakının müsadirə edilməsinə qərar vermişdi. Hakan Şükür və atasının 200 milyon dəyərində daşınmaz əmlakının olması açıqlanmışdı.

Xəbər lenti