Bir müddət əvvəl Azpetrol yanacaqdoldurma məntəqəsinin əməkdaşı döydüyünə görə həbs edilən İsa Əzizov bü gün yenə qolunun gücünü göstərib. Criminal.az-ın məlumatına görə, İ.Əzizov “Dalğa Beach-Aqua Park” istirahət mərkəzinində dava salıb. O, istirahətə gələn gəncin qulağını partladıb. 

Dava istirahət mərkəzində əyləncəli atraksionda sürüşərkən istifadə olunan döşəkçəni üstündə düşüb. Orda əylənən bir gəncə yaxınlaşan İ.Əzizov ona sürüşəndən sonra döşəkçəni ona verməsini deyib. Həmin oğlan isə döşəkçəni İsaya deyil, qıza verib.

Buna əsəbləşn İsa yümruqla həmin gəncə zərbə vurub. Zərbənin təsirindən oğlan hovuza düşüb. Qulağından qan gələn gənci mərkəzin işçiləri özünə gətirib. Mühafizəşilər münaqişəni elə yerindəcə həll ediblər.

Xəbər lenti