İran dini lideri Ayətullah Əli Xameneyi ölkə rəsmilərinin ABŞ ilə danışıqlar aparmasını qadağan edib.

 

Tehrandakı iqamətgahında İnqilab Gözətçiləri Ordusu Dəniz Qüvvələri komandirləri və ailələrini qəbul edən Xameneyi amerikalıların danışıqlar yolu ilə İrana nüfuz etmək istədiyini bildirib.

O, İranın Avropa ölkələri daxil olmaqla, digər ölkələrlə danışıqlar etməsin qarşı olmadığını bildirib. Dini lider Vaşinqton rəsmiləri ilə görüşün ABŞ-ın İrana nüfuz etməsinə səbəb olacağını vurğulayıb, ölkədəki bəzi şəxslərin bunu anlaya bilmədiyini söyləyib.

“ABŞ ilə görüşün ölkəyə heç bir faydası yoxdu, çoxlu sayda zərəri var”,- deyərək dini lider çıxışını yekunlaşdırıb.

Xəbər lenti