Millət vəkili Qənirə Paşayeva Türkiyənin Avropa Birliyi üzrə naziri Əli Heydər Qoncanı “erməni soyqırımı”na görə sərt tənqid edib.  

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb. Qənirə Paşayeva nazirin “erməni soyqırımı” ilə bağlı işlətdiyi "bir qətliam olduğu çox aydın və dəqiqdir, bunu hər kəs qəbul edir" ifadələrinin çox ağır ittiham olduğunu bildirib:   “Soruşmaq istəyirəm, “hər kəs” deyərkən kimi nəzərdə tutursuz? Çünki Türkiyənin qəbul etmədiyi yalnız sözdə olan bir soyqırım haqqında “hər kəs qəbul edir” ifadəsi çox ağır bir ittihamdır. Biz bunu qəbul etmirik və sizin bizim yerimizə heç bir söz haqqınız yoxdur. Deyiləcək söz qalmır, dünyada uydurma “erməni soyqırımı”na qarşı mübarizə aparan türk, azərbaycanlı aydınları, media və diaspor təşkilatlarının indiyə qədər apardığı iş bir nazirin verdiyi açıqlama ilə çox böyük bir zərbə aldı. Avropaya isə bundan gözəl fürsət ola bilməz. Zənnimcə, Türkiyə belə insanların əsas məqsədlərinin nə olduğunu görməlidir”.   Qeyd edək ki, bir neçə gün öncə Türkiyənin HDP-dən olan Avropa Birliyi üzrə naziri Əli Heydər Qonca erməni soyqırımını qəbul edərək, “bir qətliam olduğu çox aydın və dəqiqdir, bunu hər kəs qəbul edir” ifadələrini işlədib

Xəbər lenti