İşğalçı ölkənin diktatura rejiminə qarşı çıxmış 4 gənc həbsxanada aclıq aksiyasına başlayıb. Onların 2008-ci ilin prezident seçkilərində saxtakarlığa etiraz etdikləri üçün Sarkisyanın “qara barmaqlıqlarına” salındığı bildirilir.

Vicdan məhbusları məhkəmə tərəfindən kəsilmiş 6 illik həbs müddətinin bir il əvvəl başa çatmasına baxmayaraq, hələ də azadlığa buraxılmamalarına etiraz edirlər.

Onlar bu məqsədlə həbsxanada aclıq aksiyası keçirərək beynəlxalq təşkilatların və yerli medianın diqqətlərini özlərinə cəlb etmək istəyirlər. “Məhbuslar”ın aksiyaya dünən günortadan başladıqları bildirilir.

Verilən məlumata görə, ölkənin demokrat fəalları və feministlər də dustaqlarla həmrəy olmaq üçün həbsxananın önündə oturma aksiyasına başlayıblar.

Qeyd edək ki, 2008–ci ilin martında prezident seçkilərini saxtalaşdıran işğalçı ölkə rəhbərliyi buna etiraz edən insanlara qarşı orduya atəş əmri də verib. Nəticədə həmin vaxt ondan artıq etirazçı sivil həlak olub.

 

Xəbər lenti