Ermənistanda elektrik enerjisinin qiymətinin artırılmasına etiraz əlaməti olaraq başlanan kütləvi etiraz aksiyası davam edir.. Maraqlıdır, doğrudanmı erməni cəmiyyəti Azərbaycan cəmiyyətindən siyasi şüur və mübarizlik baxımından daha yetkin, daha mütəşəkkildir?

Moderator.az açıqlama verən KXCP sədri Mirmahmud Mirəlioğlu Azərbaycan xalqının sadəcə daha səbirli və təmkinli bir xalq olduğunu vurğuladı:

“Azərbaycan xalqı ermənilərdən daha səbirli və təmkinli xalqdır. Cəmiyyət şahsevər cəmiyyətdir deyə öz hüquqları uğrunda mübarizə məsələsinə səbirlə yanaşır və hələ də hökumətə şans tanıyır. Ümid edir ki, hakimiyyət nəhayətdə ağıllı hərəkət edəcək. SSRİ dönəmində, xüsusilə də 80-ci illərin sonunda Azərbaycan xalqı ortaya qoyduğu mövqe ilə öz sözünü deməyi bacardığını göstərdi. O zaman Azərbaycan xalqı öz haqqı uğrunda mübarizə aparanda ermənilər heç qımıldanmadı da.

Ermənistanda enerji daşıyıcılarının qiymətinin artması məsələsi bəhanədir. İndiki rejimə münasibət dəyişib. Ola bilsin ki, Kremlin də Ermənistan hakimiyyətinə münbasibəti dəyişib və bu səbəbdən də hesab edirlər ki, hakimiyyətlə vidalaşmağın vaxtı çatıb. Erməni ilə Azərbaycan türkünü müqayisə eləmək doğru deyil. Lakin indiki halda bu cəmiyyətləri müqayisə eləmək olar”.

 

Xəbər lenti