Bakı şəhəri Binəqədi rayonu ərazisində çoxmərtəbəli binada baş vermiş yanğında özünü oda ataraq 4 uşağın həyatını xilas edən fədakar insan, əslən  Ağsu rayonunda olan  Babayev Kamran Uğur oğludur.  Anadangəlmə əlil olan və Ağsuda sosial problemlərdən can götürüb Bakıya işləməyə gedən Kamrana Allah qəhrəmanlıq nəsib edib.

Teleqraf.az-ın veridiyi xəbərə görə,  bu barədə “Facebook”  sosial şəbəkəsində olan “Azerbaycan Respublikası” adlı səhifə məlumat paylaşıb.

"Kamran Bakıda fəhlə kimi çalışır. Dünən yanğın zamanı könüllü olaraq yanan binaya daxil oldu,4 uşaq çıxardı.Hadisə zamanı əllərindən və ayaqlarından ciddi yanıq xəsarətləri aldı .O bildirdi ki heç nə istəmir,sadəcə evi yananlar evlə təmin olunsun və bir daha Azərbaycan belə bir gün yaşamasın."

Hadisə ilə bağlı AzNews.az saytına  danışan Kamran Babayev bildirib ki, əli ayağı yanıb və ona gömək edən də yoxdur : “Mən bununla insanlıq borcumu yerinə yetirmişəm. Hələ də heç bir tibbi yardım edilməyib. Heç kimdən kömək də istəmirəm. Gəzə bilirəm, bu mənim bəsimdir”.





Xəbər lenti