KXCP Ali Məclisi Avropa Parlamentinin “erməni soyqrımı” iddiası ilə bağlı bəyanat qəbul etmişdir.

Avropa Parlamenti aprel ayının 15- də “erməni soyqrımı”  iddiasınımüzakirəyə çıxararaq bu iddianın tarixi reallıq kimi tanınması barədə qətnaməqəbul edib. Bu hadisədən bir müddət öncə isə Vatikanda Katolik Kilsəsinin rəhbəri PapaFransisk oxşar bəyanatla çıxış etmişdi.

Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) həmAvropa Parlamentinin məlum qərarını, həm də Papa Fransiskin bəyanatını tarixi gerçəklikdən çox-çox uzaq, daha çox erməni lobbisinintəsiri altında qəbul olunmuş qərəzli sənəd kimi dəyərləndirir.

Xüsusən, Avropa Parlamentində yalançıerməni soyqrımı iddiasının müzakirəyə çıxarılıb qəbul olunması dünyanın ənnufuzlu təşkilatlarından biri olan Avropa Birliyinin öz missiyasına, dəyər vəprinsiplərinə ziddir. Çünki bu sənəd Avropa ailəsinin mehriban qonşuluqmünasibətləri çərçivəsində yaşamasına, Avro- atlantik məkana inteqrasiyasına,sülhün və əmin- amanlığın möhkəmlənməsinə deyil, ziddiyyətlərin dərinləşməsinəxidmət edir.

KXCP həmişə Avropa Birliyinin Azərbaycanda demokratik dəyərlərin, insanhaqlarının, ifadə azadlığının təmin olunması, siyasi məhbusların azadlığaburaxılması istiqamətində çağırış və bəyanatlarını dəstəkləyib və bundan sonrada dəstəkləyəcək. Amma Azərbaycan xalqının və türk dünyasının maraqlarınıhəmişə ali dəyər kimi qəbul edən KXCP hesab edir ki, Avropa Parlamentinin 15aprel qətnaməsi, tarixi reallığı əks etdirməyən qərəzli bir sənəd olmaqla sənədmüəlliflərinin təmsil etdikləri təşkilatın və ölkələrin maraqlarına ziddir,qəbuledilməzdir.

KXCP bir daha Avropa Parlamentinin “erməni soyqrımı”- nın tanınmasıhaqqında 15 aprel tarixli qətnaməsini pisləyir, Azərbaycan və qardaş TürkiyəCumhuriyyətinin müvafiq dövlət qurumlarını erməni yalanlarının ifşa olunması vəonların tarixi torpaqlarımızı işğal edərək dinc soydaşlarımıza qarşı həyatakeçirdikləri talanları, vəhşilikləri, soyqrımları barədə əsl həqiqətləri dünyaictimaiyyətinə çatdırılması üçün birgə səylərini artırmağa çağırır.

Xəbər lenti