Noyabrın 25-də Xətai rayon məhkəməsinin qərarı ilə Elçin Namazov 15 sutka həbs olunub. O polisin qanuni tələbinə əməl etməmədə suçlanır. 

E.Namazovun qardaşı Əkrəm Namazovun sözlərinə görə, vəkilin ofisində axtarış aparılıb, bütün məhkəmə və digər sənədləri götürülüb. Elçin Namazov Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanır. Vəkilin onunla görüşünə imkan yaradılmayıb.   2011-ci ilin sentyabrında Vəkillər Kollegiyasının qərarı ilə E.Namazov vəkillikdən uzaqlaşdırılıb. Qərarda onun məhkəməyə hörmətsizlik edib, vəkillik etikasını pozduğu göstərilib. E.Namazov sözügedən məhkəmədə 2 aprel aksiyaçılarının hüquqlarını müdafiə edirdi.   Vəkillikdən uzaqlaşdırılandan bəri E.Namazov məhkəmədə hüquqi nümayəndə kimi çıxırdı.

Xəbər lenti