Bu il Rusiyanın 400 hərbi təyyarəsi ələ keçirilib.

 ANS PRESS-in məlumatına görə, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq açıqlama verib.

 Onun sözlərinə görə, hərbi təyyarələr NATO-ya üzv ölkələrin sərhədləri yaxınlığında ələ keçirilib.

 "Əgər bizim Rusiya Hərbi Hava Qüvvələrinə məxsus nə qədər təyyarə tutduğumuzu bilmək istəyirsinizə, bu 400 ədəddir. Bu rəqəm ötən illə müqayisədə 50 faiz çoxdur", - baş katib bildirib.

 Qeyd edək ki, son iki həftədə NATO Rusiyanın iki hərbi təyyarəsini ələ keçirib. Belə ki, ötən həftə NATO Baltik dənizi üzərində Su-27 qırıcısını tutduqunu açıqlamışdı. Bu həftə isə İL-20 hərbi təyyarəsini ələ keçirmişdi.

 Rusiya tərəfi hələlik bu açıqlamalara cavab verməyib.

 

Xəbər lenti