Rusiya alimləri 55 il sonra baş verəcək fəlakət şoku ilə üz-üzə qalıb

Alimlər potensial olaraq Yer kürəsi üçün təhlükəli olan asteroid aşkar ediblər.

ANS PRESS-in məlumatına görə, bildirilir ki, bu cisim dünya ilə toqquşacağı təqdirdə böyük partlayış baş verəcək. Bu partlayış Çelyabinskdəki meteorid partlayışından 10 min dəfə güclü olacaq.

Yad cisim Rusiya mütəxəssislərinin yaratdığı "Master" şəbəkəsinin köməyi ilə müşahidə edilib. Bundan başqa daha iki digər asteroid də aşkarlanıb. Bunlar 250 və 125 metr ölçülərinə malikdir.

Hazırda bu iki asteroid alimlərin ciddi narahatçılığına səbəb olub. Onlardan biri 2169-cu ildə, digəri isə 55 il sonra Yer kürəsi ilə toqquşa bilər.

Xəbər lenti