Azad Suriya Ordusunun Suriyada əsir götürdüyü İŞİD və PYD terrorçularının etirafları böyük marağa səbəb olub.

 Axar.az xəbər verir ki, “Milliyyət”in müxbiri Bünyamin Aygün ASO-nun həbsxanasında əsir və məhbuslara baş çəkib.

Türkiyə sərhədindən 10-15 kilometr məsafədə yerləşən həbsxanada saxlanılan məhbuslardan biri YPG üzvü 37 yaşlı, 3 uşaq atası Sərbəs Hassan adlı şəxsdir. Hassan Afrində ASO-ya qarşı gedən döyüşlərdə boynundan yaralanıb və əsir götürülüb.

“Məni əsir götürdülər. Öldürücəklərini düşünürdüm, ancaq müalicə etdilər və çox yaxşı baxdılar”, - Hassan deyib.

Suriyalı əsir həmçinin Qərbdən göndərilmiş hərbçilərin onlara dağlıq və şəhər döyüşləri barədə ikimərhələli təlim verdiyini və ASO-ya qarşı vuruşduqları zaman sivilləri qalxan olaraq istifadə etmək barədə əmr verildiyini bildirib. Hassan hər şeyi gözə olaraq Türkiyəyə qoşulmaq əvəzinə terrorçularla birlikdə vuruşduğu üçün peşman olduğunu qeyd edib.

Kürd olan İŞİD üzvü 27 yaşlı Ümran Əbdürrəhmanın da sonu peşmanlıqla dolu bir hekayəsi var. İllər əvvəl İŞİD-ə İraqda qoşulduğunu xatırladan terrorçu başına gələnləri bu cür danışıb:

“Əvvəl dini dərslər, daha sonra isə partizan dərsləri aldıq. Hər şeyin fərqinə varıb ayrılmaq istədikdə isə belimə uzaqdan partladıla bilən bomba bağladılar və cəbhəyə göndərdilər”.
Teleqraf.az

Xəbər lenti