Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsinin ilkin nəticələri açıqlanıb.

Teleqraf.az Report-a istinadən xəbərinə görə, MSK sədri Məzahir Pənahov keçirdiyi mətbuat konfransında deyib ki, 5 milyon 267 min 111 seçicidən 3 milyon 671 min 797 nəfəri səsvermədə iştirak edib.

Ölkə üzrə 5 min 627 seçki məntəqəsindən 3950 məntəqə Mərkəzi Seçki Komissiyasına hesabat təqdim edib. Sayılmış bülletenlərin sayı 2 669 448-dir.

Konstitusiyada dəyişikliklər edilməsi məqsədi ilə keçirilən ümumxalq səsverməsinin ilkin nəticələri ilə aşağıdakı linkə daxil olmaqla tanış ola bilərsiz:

Xəbər lenti