Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) rus ordusunun Azərbaycandan çıxarılmasının 23-cü ildönümü ilə bağlı Milli Azadlıq Hərəkatının lideri və bu günün qəhramanı olan Əbülfəz Elçibəyin məzarını ziyarət edib. 

Teleqraf.az-ın məlumatına görə, KXCP sədri Mirmahmud Mirəlioğlununda qatıldığı tədbirdə çıxış edənlər  rus qoşunlarının Azərbaycandan çıxarılmasının Əbülfəz Elçibəy hakimiyyətinin ən böyük uğurlarından biri olduğunu bildiriblər.

Əbülfəz Elçibəyin məzarı ziyarət edildikdən sonra KXCP-nin mərkəzi qərərgahında partiyanın rəhbərliyi və fəallarının iştirakı ilə bayram tədbiri keçirilib. 

Elşən Əlisoy

Xəbər lenti