Bu gündən .əxsiyyət vəsiqələrinin verilməsi üçün tətbiq olunan yeni dövlət rüsumları qüvvəyə minir.

Teleqraf.az-in məlumatına görə, "Dövlət rüsumu haqqında" qanuna edilmiş dəyişikliyə əsasən, respublikamızın vətəndaşları şəxsiyyət vəsiqəsi 10 gün müddətində verildikdə və ya dəyişdirildikdə dövlət büdcəsinə 5 manat, 3 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 25 manat, 1 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə isə 35 manat məbləğində rüsum ödəyəcək.

Bu ilin oktyabr ayında isə şəxsiyyət vəsiqələri ilə bağlı daha bir dəyişiklik olunub. Nazirlər Kabineti "Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin blanklarının ciddi hesabat sənədi kimi uçotu Qaydaları"nda dəyişiklik edilməsi haqqında" 2012-ci il 21 noyabr tarixli qərarında dəyişiklik edib.

Bu qərara görə 2015-ci il dekabrından etibarən xarici ölkədə şəxsiyyət vəsiqəsi itmiş, oğurlanmış və ya yararsız hala düşmüş, həmçinin şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitmiş Azərbaycan vətəndaşına, eyni zamanda onunla birgə ölkəyə qayıdan 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış Azərbaycan vətəndaşına Azərbaycanın diplomatik nümayəndəliyi və ya konsulluğu tərəfindən ölkəyə qayıtmaq üçün qayıdış şəhadətnaməsi verilməli idi.

Xəbər lenti