Ağ Evdə verilən açıqlamada ABŞ prezidenti Barak Obamanın bu il də 1915-ci il hadisələri üçün "soyqırım" ifadəsini istifadə etməyəcəyi bildirilib.

Ağ Ev rəsmisi Denis Mak-Dona və milli təhlükəsizlik müşavirinin köməkçisi Ben Rodsla görüşən ABŞ Erməni Milli Komitəsi Obamanın çıxışı zamanı "soyqırım" ifadəsini istifadə etməyəcəyini təsdiqləyib.

Bundan başqa Ağ Evin Milli Təhlükəsizlik Şurasının rəsmisi Bernadet Mihan bildirib ki, ABŞ prezidenti Barak Obama ermənilərin 1915-ci il hadisələrinin il dönümü olaraq qəbul etdikləri 24 aprel tarixində verəcəyi açıqlamada həqiqətin tam, səmimi və ədalətli şəkildə qəbul edilməsinə çağıracaq.

Mihan həmçinin Obamanın xəzinə naziri Yakob Levdən 24 apreldə Ermənistanda olacaq ABŞ heyətinə rəhbərlik etməsini istədiyini bildirib.(Avropa.info)

Xəbər lenti