"Bakı-2015" I Avropa Oyunlarının açılışı üçün nəzərdə tutulan "Bakı Olimpiya Stadionu" çökür

. Bu barədə "stadium.az" saytı məlumat yayıb. Sayt xatırladır ki, stadion ərazisində əvvəllər göl olub. Göl qurudularaq yerində stadion tikintisinə başlanıb.

Saytın yazdığına görə, stadionun tikintisində çalışan fəhlələrdən biri deyib ki, stadionun altına su yığılıb. Təcili olaraq arenaya mütəxəssislər dəvət olunub. Hazırda da Almaniya və Yaponiyadan olan mütəxəssislər bu problemin aradan qaldırılması yönündə çalışırlar.

Hətta ehtimal olunur ki, əgər vəziyyət bu cür davam edərsə, arena nəzərdə tutulan 50-60 minlik tamaşaçının ağırlığına dözməyib bata da billər.

Xəbər lenti