“Prezident Ərdoğanın yediyi yeməkdən tutmuş içdiyi suya qədər hər şey yoxlamadan keçir”.

  Teleqraf.az axar.az saytına istinadən xəbər verir ki, bu açıqlama ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həkimi, AKP-nin Ankara millət vəkili Cevdət Erdöl çıxış edib. O, Ərdoğana qarşı sui-qəsdin qarşısını almaq üçün xüsusi komanda qurduqlarını bildirib:

“Prezident sarayında 5 nəfərlik təcili tibb yardım komandası qurduq. Bu qrup 24 saat ərzində işləyir və Ərdoğanın sağlamlıq, qida təhlükəsizliyinə nəzarət edir. Prezident Ərdoğanın yediyi yeməkdən tutmuş içdiyi suya qədər hər şey yoxlamadan keçir. Yemək və içkilərdə radiasiya, kimyəvi maddə, ağır metal və bakteriya araşdırması aparılır. Analiz mütəmadi olaraq təkrarlanır. Bütün daxili və xarici səfərlərdə də eyni analizlər aparılır. Artıq dünyada sui-qəsdlər silahla yox, xüsusilə qida yolu ilə edilir. İndiyə qədər ciddi bir hadisə ilə qarşılaşmamışıq”. 

 

Xəbər lenti