Prezident İlham Əliyev mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

  Sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:

 “Xalq Artisti”

 Hüseynov Rafiq Hüseyn oğlu

 Xasıyeva Könül Kazım qızı

 Məmmədova Gülyanaq Zakir qızı

 Məmmədova Gülyaz Zakir qızı

 Sadıqov Ənvər Hidayət oğlu

  “Əməkdar Artist”

 Abbasova-Budaqova Afaq Nurəhməd qızı

 Dadaşov Murad Əli oğlu

 Əfəndiyeva İlahə Əhsən qızı

 Əliyev Fərid Fərhad oğlu

 Heydərova Çinarə Yaşar qızı

 İsgəndərov Rəfael Çərkəz oğlu

 İslamov Rauf Rza oğlu

 Niftəliyev Babək Muğan oğlu

 Rəhimov Coşqun Allahverdi oğlu

 Səmədov Əlixan İmamxan oğlu

  “Əməkdar İncəsənət Xadimi”

 Abbasova Məlahət Elman qızı

 Əzizov Rafiq Novruz oğlu

 Məlikov Aqil Qədeşbala oğlu

  “Əməkdar Mədəniyyət İşçisi”

 Abbaszadə Lalə Niad qızı

 Babayev Tehran Xalidşah oğlu

 Əsədullayeva Aynurə Əliislam qızı

 Hüseynov Fərman Şirzad oğlu

 Məmmədova Ülviyyə Nurəddin qızı

 Mirzəyeva Gülçin Ələkbər qızı

 Zeynalova Gülarə Mikayıl qızı

  Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib:

 Ələsgərov Arzu Süleyman oğlu

Əzizbəyli Ramiz Hacıağa oğlu

Ruhi Razi Sahib oğlu

 Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

 

Xəbər lenti