Suriyanın Deyr-əz-Zor şəhərini ələ keçirən İŞİD burada şəriətin qanunlarının tətbiqinə başlayıb.

Ölkə.az islamçılara yaxınlığı ilə bilinən internet KİV-lərinə istinadən xəbər verir ki, Deyr-əz-Zor şəhərindəki erməni kilsəsi və qondarma "erməni soyqırımı" abidəsi kompleksi İŞİD tərəfindən dinamitlə partladılıb.

Xəbəri Suriyanın erməni icmasının nümayəndələri erməni mediasına verdiklərdikləri açıqlamada təsdiqləyiblər.

Xatırladırıq ki, Deyr-əz-Zordakı erməni kilsəsi və yanındakı qondarma soyqırım memorialı 1915-ci ildən sonra türk və kürdləri amansızcasına qətl edən erməni-daşnak bandit dəstələrinin üzvləri və onların ailələri Anadoludan  Suriyaya gəldikdən sonra tikiblər. Hazırda İŞİD-in nəzarətində olan şəhərdə bir dənə sdə erməninin qalmadığı bildirilir.

Xəbər lenti