Əgər müharibə başlasa, Hindistanı nüvə silahı ilə məhv edəcəyik.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Pakistan Müdafiə naziri Xavac Asif söyləyib. Onun sözlərinə görə, Pakistan Hindistan tərəfindən olacaq istənilən hücuma cavab verməyə hazırdır.

Qeyd edək ki, son günlər Hindistan-Pakistan sərhədində vəziyyət gərginləşib. Bu gərginlik, xüsusilə, Pakistanın iki hərbçisinin hind əsgərləri tərəfindən öldürülməsindən sonra pik səviyyəyə çatıb. Bundan başqa, Kəşmirdə də qeyri-stabillik artıb. Rəsmi Dehli gərginliyin yaranmasında rəsmi İslamabadı günahkar hesab edir.

Xəbər lenti