Türkiyədə hərbi çevriliş cəhdinin qarşısı alındıqdan sonra prezident qvardiyasının buraxılmasına dair qərar verilib.

 

APA-nın xəbərinə görə, bunu “A Haber” telekanalının efirində Türkiyənin baş naziri Binəli Yıldırım bəyan edib.

“Türkiyədə bundan sonra prezident qvardiyası olmayacaq, buna ehtiyac yoxdur”, - deyə Binəli Yıldırım bildirib.  

Qeyd edək ki, bundan əvvəl hərbi çevrilişə cəhdlə əlaqədar  prezident qvardiyasının 300-dək əməkdaşı saxlanılıb. 

Xəbər lenti