Sui-qəsd nəticəsində öldürülən Taliban lideri Molla Mansurun yerini ABŞ İran kəşfiyyatının vasitəsilə öyrənib.

Axar.az xəbər verir ki, bu sözləri Əfqanıstanın müxalif Hizbi İslam Partiyasının lideri Gülbəddin Hikmətyar deyib.

O bildirib ki, Mansurun harada olması ilə bağlı ABŞ və İran bir-birinə kəşfiyyat məlumatları ötürüb:

“Mansur İran sərhədi yaxınlığında ABŞ-ın hücumu nəticəsində öldürüldü. Sülh müzakirələrinin aparıldığı vaxtda bu terror hücumunu şiddətli şəkildə qınayırıq. Bunu İran tərəfindən həyata keçirilən xəyanət kimi qəbul edirəm. Mən doğulduğumdan bəri İran islam dünyasını kürəyindən bıçaqladı. Həmişə islam ölkələrinin mənafeyinə zidd hərəkətlər etdi”.

Xəbər lenti