"Çiçəklənən Ermənistan" Partiyasının aparıcı fiqurlarından biri, deputat Abram Manukyan 100 milyon dollardan artıq pulu götürərək, ölkəni tərk edib.

Teleqraf.az "Report"a istinadən xəbər verir ki, bu haqda "Aykakan jamanak" qəzeti yazıb. Məlumata görə, deputatın Ermənistanda olmadığını köməkçisi də təsdiqləyib. Onun özü ilə apardığı pul partiyanın regional strurkturları üçün nəzərdə tutulubmuş. Abram Manukyan əvvəllər bu sahəyə başçılıq edib. Xəbərdə bildirlib ki, bu yaxınlarda bir neçə üzvü partiya sıralarını tərk edib. Abram Manukyanın isə "Çiçəklənən Ermənistan"ın rəhbərliyində dəyişiklik etmək istəyirmiş. Partiya rəhbərliyinin ona münasibəti heç də birmənalı olmayıb. Elə buna görə də o, maliyyə məsələlərinə və regionlarla əlaqəyə dair sahəyə nəzarətdən kənarlaşdırılıbmış.

Xəbər lenti