25 aprel 2016-cı ildə Klassik Xalq Cəbhəsi Partiyası İdarə heyətinin növbəti yığıncağı keçirilmişdir.

Yığıncaqda qərarların icra vəziyyəti,  ictimai – siyasi vəziyyət  müzakirə edilmiş, müvafiq qərarlar qəbul edilmişdir. İdarə heyətinin yığıncağında  KXCP-nin ölkədə fəaliyyət göstərən bir neçə gənclər təşkilatı ilə birlikdə, əsası Milli Azadlıq Hərəkatının  Lideri Əbülfəz Elçibəy tərəfindən qoyulmuş - 24 Aprel Bütöv Azərbaycan Gənclər gününün qeyd edilməsi ilə bağlı məlumat dinlənilmişdir. Həftə ərzində məclisləri keçirilmiş rayon şöbələri haqda   məlumat dinlənilmişdir.

 

Xəbər lenti