Rusiya hüquq-mühafizə orqanları rüşvətxorluqda təqsirləndirilən azərbaycanlını axtarışa verib.

APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunur ki, 52 yaşlı Elçin Mahmudov rüşvətxorluqda ittiham olunur. Rusiya hüquq-mühafizə orqanları onun barəsində dövlətlərarası axtarış elan edib və saxlanılması üçün İnterpola müraciət olunub.

APA-nın əldə etdiyi məlumata görə, E. Mahmudov Rusiyada “Ponek-E” və “Asfin” şirkətlərinin rəhbəridir.

Xəbər lenti