"Azərbaycan bir tərəfdən homoseksuallara azadlıq tanıyır, bir tərəfdən isə şiələrə zorakılıq tətbiq edir”

İran parlamentinin Xarici Siyasət və Təhlükəsizlik Komissiyasının sədr müavini Mənsur Həqiqətpur Nardaran qəsəbəsinin sakinlərinə aktiv olmaları üçün müraciət edib.

Modern.az saytı İran KİV-nə istinadən xəbər verir ki, Həqiqətpur Azərbaycan hakimiyyətinin səhv yolda olduğunu və şiələrin hüquqlarının məhdudlaşdırmaqla paralel, homoseksuallara geniş hüquq tanıdığını deyib.

“Təəssüf edirəm ki, özünü demokratik sayan hökumət Allahın evində, matəm mərasimi zamanı dindarları öldürür. Hökumət xalqın arasında dərin kök saldığı zaman möhkəm olur. Azərbaycan bir tərəfdən homoseksuallara azadlıq tanıyır, bir tərəfdən isə şiələrə zorakılıq tətbiq edir”.

Onun fikrincə, belə siyasətin nəticələri heç də xoş olmayacaq.

İranlı deputat Mənsur Həqiqətpur bundan əvvəl də bir neçə dəfə Azərbaycanla bağlı qalmaqallı fikirlər səsləndirib, onun açıqlamalarına Bakıdan etiraz bildirilib.

Noyabrın 26-da Nardaran qəsəbəsində polislə dindarlar arasında baş verən atışma zamanı 5 dindar və 2 polis işçisi həlak olmuşdu.

Xəbər lenti